NATO Asiya-Sakit okean regionu ölkələri ilə yeni hərbi sazişlərlə Rusiya və Çini mühasirəyə almağı planlaşdırır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Multipolarista"nın əməkdaşı, jurnalist Benjamin Norton deyib.
O məqaləsində bildirib ki, Şimali Atlantika Alyansı Yuqoslaviya, Liviya və Əfqanıstanı dağıdıb, indi isə gözünü Moskva və Pekinə dikib:
"ABŞ-ın Ukraynadakı qlobal hədəfi məlum oldu. ABŞ-ın rəhbərlik etdiyi blok Ukraynanı silah-sursatla doldurub və ifrat sağçı döyüşçülərə təlim keçib, eyni zamanda, iki rəqibini mühasirəyə almaq üçün Asiyaya doğru genişlənib.
Birləşmiş Ştatlar soyuq müharibəni şiddətləndirəcək, ona görə də Şimali Atlantika Alyansı bu Asiya-Sakit okean gücləri ilə hərbi əməkdaşlığı dərinləşdirir. Qərb dəfələrlə vədlərini pozdu və Rusiya sərhədlərinə qədər genişləndi. İndi Vaşinqtonun məqsədi Pekini hər tərəfdən mühasirəyə almaqdır".