Rusiya ikinci cəbhə açmağa hazırlaşır

10:21 9 May 2022

Hazırda Rusiya ikinci cəbhə açmağı planlaşdırır. Buna görə də Odessada rus ordusunun yaratdığı təhlükə kifayət qədər yüksəkdir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.

"Bu gün onları ən çox Odessa narahat edir. Hətta burada infrastrukturu dağıtmağa çalışırlar. Çünki onlar ikinci cəbhə açmaq cəhdlərini dayandırmırlar. Bunun üçün onlar Dnestryanıya qoşun yeritmək və güclənmək istəyirlər. Ona görə Odessanın atəşə tutulması davam edir və yaxın gələcəkdə bu, daha da intensivləşə bilər”, - Jdanov bildirib.



Xəbər xətti