"Ukraynanın Xarkovdan şimal-şərqdəki əks-hücum əməliyyatı əhəmiyyətli irəliləyiş əldə edib və çox güman ki, yaxın günlərdə və ya həftələrdə Rusiya sərhədinə doğru hərəkət edəcək".
Sitat.info Publika.az-a istinadən xəbər verir ki, bunu NV-yə müsahibəsində hərbi ekspert Oleq Jdanov deyib.
"Mən istənilən əks hücumu, ərazilərimizin azad edilməsini müsbət qiymətləndirirəm. qoşunların sayı baxımından istiqamət ən zəifdir", - ekspert qeyd edib.
Jdanov həmçinin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri dövlət sərhədinə çata bilər:
"Mövcud qüvvə və vasitələrlə dövlət sərhədinə çatmaq üçün orada bizim bütün üstünlüklərimiz var. Sonra cənuba və sərhəd boyu istiqamətimiz olacaq. Bu, bizə genişmiqyaslı əks-hücum əməliyyatına başladığımız zaman faydalı olacaq".