ABŞ-dan Putinə atmaca: "Qeyd ediləcək heç nəyiniz yoxdur"

12:52 9 May 2022

10 həftəlik müharibədə rus ordusu cənubda yerləşən Xersondan başqa Ukraynanın heç bir şəhərini tam nəzarətə götürə bilmədi.

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, liman şəhəri olan Mariupolu xəritədən silən rus işğalçıları Azovstal Polad Zavodunda Ukrayna qüvvələrinin silahı yerə qoyaraq təslim olmasını istəyir.
 
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild CNN İnternational-a müsahibəsində “Rusların qeyd edəcək heç bir şeyi yoxdur” deyib: “Onlar sadəcə olaraq beynəlxalq ictimaiyyətdən uğurla təcrid olundular və bütün dünyadan qovulmuş ölkəyə çevrildilər".
 
 Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti