Ərdoğan hökuməti toplayır: 4 mühüm məsələ…

13:19 9 May 2022

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hökumətin növbəti iclası keçiriləcək.

Sitat.info xəbər verir ki, iclasda 4 məsələnin müzakirə ediləcəyi planlaşdırılır.

Əsas mövzulardan biri Rusiya-Ukrayna müharibəsi olacaq. Müharibə ilə bağlı hərtərəfli fikir mübadiləsinin aparılacağı bildirilir.

Eyni zamanda, 1 milyon suriyalı üçün hazırlanan geri qaytarma layihəsinin qiymətləndiriləcəyi və layihənin təqviminin detallarının müzakirə ediləcəyi vurğulanır.

Bundan başqa, ölkə iqtisadiyyatındakı son proseslər və Türkiyə ordusunun keçirdiyi əməliyyatlar da müzakirə mövzusu olacaq.

/Axar.az



Xəbər xətti