Rusiya işğalçıları ilə döyüşdə ən yaxşı ukraynalı pilotlardan daha biri ölüb.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb.
Bildirilib ki, Ukrayna DQ-nin keçmiş 10-cu Sak dəniz briqadasının komandiri polkovnik İqor Bedzay 7 mayda həlak olub.
O, Mi-14 helikopteri ilə hərbi xidmətdə olarkən rus qırıcısı tərəfindən vurulub.
Qeyd edək ki, 2014-cü ildə Krımın anneksiyası zamanı 10-cu briqada öz hərbi texnikasını yarımadadan çıxarmağı bacaran yeganə birlik olub. Əməliyyatı Bedzay hazırlayıb və həyata keçirib.
/Axar.az