Avropa Şurasının baş katibi Ukraynada səfərdədir

15:26 9 May 2022

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ukraynaya işgüzar səfərə gəlib. Səfər zamanı o, Borodyanka və İrpenə baş çəkib.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Pavlyuk bildirib.

AŞ Baş katibi Kiyev vilayətinə səfəri zamanı dağılmış evlərə baxıb.

“O, dinc şəhərlərin atəşə tutulmasının dəhşətli nəticələrini və Rusiyanın hərbi cinayətlərinin sübutunu görüb”, - məlumatda deyilir.



Xəbər xətti