Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada təşkil olunan hərbi paraddakı çıxşında “yüngül ümidsizlik əlamətini” nümayiş etdirdi.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu iddianın müəllifi Böyük Britaniya müdafiə naziri Ben Uollesdir.
CNN telekanalına verdiyi müsahibədə Ben Uolles Vladimir Putinin “NATO Rusiyanın mühasirəyə alıb” sözlərinə diqqət çəkib.
“Rusiyanın quru sərhədlərinin sadəcə 6%-i NATO-nun payına düşür. Bu isə hər halda mühasirə almaq anlamına gəlməz”,-deyə britaniyalı nazir bildirib.
“Ukraynadakı NATO bazalarına gəlincə, əminəm ki, Ukrayna səfiri sizə burada hər hansı baza olmadığını deyəcək. Düşünürəm ki, Putin ancaq inanmaq istədiyi şeylərə inanır. Bu isə ümidsizliyin kiçik bir işarəsidir”, -deyə Ben Uolles söyləyib.
Müdafiə naziri bir daha Rusiya ilə savaşda Ukraynaya dəstək verəcəklərini vurğulayıb.