Kanadanın Alberta ştatında mikrodalğalar vasitəsilə neftli qumlarından “qara qızıl” hasilatına başlanıb.
Yeni texnologiya qərargahı Alberta ştatının Kalqari şəhərində yerləşən “Acceleware” proqram təminatı şirkəti tərəfindən hazırlanıb.
Bu texnologiya sayəsində yeraltı neft qumu yataqları qazılmış quyulardan göndərilən mikrodalğalar vasitəsilə qızdırılır.
İstiləşmə nəticəsində quyularda və ehtiyat məntəqələrində yığılan xam neft Yerin səthinə çıxarılır.
Hazırda sınaq mərhələsində olan texnologiya karbon emissiyalarını azaltmaq potensialına malikdir.
Qeyd edək ki, Alberta əyalətindəki 166,3 milyard barel tutumlu neft qumları ölkənin təsdiq edilən 171 milyard barrel neft ehtiyatının 97 faizini təşkil edir.
Kanada neft qumları ehtiyatı dünyada üçüncü ən böyük sübut edilmiş neft ehtiyatıdır.
Kanada ABŞ-a hər gün ixrac etdiyi 3,7 milyon barrel neftin 1,4 milyon barrelini məhz neft qumlarından əldə edir.
Ekoloqların “cəhənnəm quyuları” kimi xarakterizə etdikləri Şimali Albertanın neft qumlarında 1 trilyon bareldən çox neft ehtiyatının olduğu təxmin edilir.
Hazırda tətbiq olunan texnologiyaların çətinliyi səbəbindən bu ehtiyatın təxminən 170 milyard barreli əlçatandır. (TRT)