Rusiyanın bir gündə 15 hücumu dəf edildi

10:16 10 May 2022

Ukrayna əsgərləri gün ərzində Donbasda rus hərbçilərinin 15 hücumunu dəf edib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ötən gün ərzində Donetsk və Luqansk vilayətləri ərazisində Ukrayna müdafiəçiləri düşmənin on beş hücumunu uğurla dəf ediblər”, - məlumatda deyilib.

Qeyd olunub ki, Ukrayna əsgərləri düşmənin 1 zenit-raket sistemini, 9 tankını, 3 artilleriya sistemini, 25 zirehli texnikasını, 3 xüsusi mühəndis avadanlığını və 3 maşınını məhv edib.



Xəbər xətti