Ermənilərdən Nikola müraciət: Ərazi iddialarından əl çək!

12:17 10 May 2022

Məşhur jurnalistlər, iqtisadçı alimlər və ekspertlərin də daxil olduğu 70 erməni vətəndaşı ölkənin Baş naziri Nikol Paşinyandan Azərbaycana qarşı ərazi iddialarını unutmağı tələb edib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, onlar bu tələbi Paşinyana ünvanladıqları açıq məktubda bildiriblər.

“Hesab edirik ki, Ermənistanda müharibə partiyalarının zamanı geridə qalıb. Qarabağ məsələsinə aid spekulyasiyalarda özünə haqq qazandırmaq istəyən çevrilişçilərin istifadə müddəti bitib. Onlar vətəndaş müharibəsini qızışdıraraq hakimiyyəti ələ keçirmək cəhdindən başqa heç nə istəmir. Tamamilə aydındır ki, qondarma “millətin xilasediciləri”ndən heç biri nə Azərbaycanla, nə də Türkiyə ilə müharibə etmək niyyətindədir. Bu günlərdə "erməni intiqamı"nın yeganə hədəfi daxili "türkdür". Biz və bizim kimi düşünən minlərlə vətəndaşın adından Ermənistan Respublikasının legitim hakimiyyətindən öz vədini yerinə yetirməyi və Qarabağ münaqişəsini sülhlə həll etməyi tələb edirik.

Heç bir "amma" olmadan sülh istəyirik!" - müraciətdə qeyd olunur.



Xəbər xətti