İrandan Türkiyəyə bəyanat: Biz əleyhinəyik

14:18 10 May 2022

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Türkiyənin sərhəd xəttindəki bənd tikintisi ilə bağlı açıqlamalar verib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran parlamentində keçirilən iclasda çıxış edən Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə mövzu ilə bağlı görüşlər keçirdiklərini qeyd edib:

“Xarici İşlər Nazirliyi olaraq Türkiyənin sərhəd su ehtiyatlarında bənd tikintisinə razı deyilik və belə bir addımın bizim üçün qəbuledilməz olduğunu və bunun əleyhinə olduğumuzu yüksək səslə bildiririk”.

İran administrasiyası iddia edir ki, sözügedən bəndlər İran və İraqa su axınını azaldacaq və ekoloji problemlər yaradacaq.



Xəbər xətti