Mariupol uğrunda savaşanlar... - Ukrayna

16:30 10 May 2022

Ukrayna hakimiyyəti “Azovstal” zavodundan yaralı əsgər, həkim və hərbçilərin çıxarılması proseduru üzərində işləyir.

Sitat.iinfo xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının komandanlığının bəyanatında deyilir.

“Şəxsən Ukrayna Prezidenti, dövlətin bütün rəhbərliyi “Azovstal”dan mülki əhalinin təxliyəsi üçün imkan tapmağa çalışır. Hazırda yaralı əsgərləri, həkimləri və hərbçiləri, o cümlədən hərbi qulluqçuları çıxarma proseduru üzərində iş davam etdirilir. Burada dünya birliyinin yardımı da rol oynayır”, - bəyanatda deyilir.

Qeyd olunur ki, şəhəri uğrunda “Azov” taboru, Ukrayna Milli Qvardiyasının 12-ci briqadası, dəniz piyadalarının 36-cı ayrı-ayrı briqadası, sərhədçilər, polislər, könüllülər döyüşür.

/Axar.az



Xəbər xətti