ABŞ kəşfiyyat ictimaiyyəti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsi yaxın aylarda daha da gərginləşəcək.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns deyib.
Hayns bildirib ki, Putinin növbəti addımını proqnozlaşdırmaq çətin olacaq:
“Çünki Putin öz ambisiyaları ilə Rusiya ordusunun hazırkı imkanları arasında uyğunsuzluqla üzləşib. Bu vəziyyət Vladimir Putinin daha sərt tədbirlər görəcəyi ehtimalını artıra bilər. O cümlədən, hərbi vəziyyət, sənaye istehsalının istiqamətinin dəyişdirilməsi və ya potensial olaraq hərbi əməliyyatların eskalasiyası”.
O qeyd edib ki, Putinin nüvə silahından istifadə edəcəyi inandırıcı görünmür:
“Putinin məqsədləri Donbasdan çox-çox kənara çıxır. Onlar uğur qazansalar belə, Donbasdakı döyüşlərin faktiki olaraq müharibəni bitirəcəyinə əmin deyilik”.