Türkiyə bu qayığa minməyəcək

10:50 11 May 2022

Türkiyə sıx ticarət əlaqələri, qaz tədarükü və Akkuyu AES-in tikintisi səbəbindən Rusiya ilə əməkdaşlıqdan imtina edə bilməz.

Sitat.info xəbər verir ki, bunu “Nəşnl İnterest” jurnalının yazarı Robert Ellis yazıb.

Onun sözlərinə görə, Ankara NATO-nun Ukrayna ilə bağlı xəttini izləmək üçün Moskva ilə yaxın münasibətlərini qurban verməyəcək:

“Türkiyə Rusiyadan ticarətdə, qaz tədarükündə, eləcə də atom elektrik stansiyasının inşası məsələsində asılıdır”.

Məqalə müəllifinin fikrincə, Türkiyə rus turistlərinin axını hesabına rekord turist mövsümünə ümid edir:

“Hətta Türk Hava Yolları şirkəti rusiyalılar üçün milyon yarım yer ayırıb. Ona görə də Türkiyənin bu qayığa minəcəyi ehtimalı azdır”.

/Axar.az



Xəbər xətti