Müharibədə vəziyyətin dəyişməsi Ukraynanın Qərbdən alacağı silahlardan asılıdır. Bu, əks-hücuma keçməyə imkan verəcək.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv deyib.
“Nə qədər yaxşı hazırlaşsaq, bir o qədər də az itkimiz olar. Bu barədə işlər gedir və təkcə Xerson istiqamətində deyil. Fikrimcə, yaxın günlərdə ruslar Ukrayna Silahlı Qüvvələrinin zərbə endirəcəyi yerlə bağlı şoka düşəcəklər”, - Andrusiv bildirib.