Rusiya qoşunları mühasirədə olan Mariupolda “Azovstal” zavodunu bombardman etməyə davam edir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azov alayı məlumat yayıb.
“Son gün ərzində Mariupolun müdafiəçiləri tərəfindən qorunan “Azovstal” zavodunun ərazisinə 38 uçuş həyata keçirilib, o cümlədən 4 strateji bombardmançı təyyarə uçuşu olub. Düşmən top artilleriyası, tanklar və s. texnika ilə hücum həyata keçirir. Ruslar Ukrayna qalasını ələ keçirmək cəhdlərini dayandırmır və piyadaların dəstəyi ilə gündəlik hücumlarını davam etdirir”, - məlumatda deyilir.
Azov alayının kəşfiyyatçısı İlya Samolenko bildirib ki, onun bölməsi ruslara təslim ola bilməz:
“Çünki onun Mariupolda “Azovstal”ın müdafiəsini saxlamaq əmri var və o, əmri poza bilməz”.