"Xarkov vilayəti ərazisində şiddətli döyüşlər davam edir. Rusiya qoşunları Xarkovdan geri oturdulub və bəzi yerlərdə sərhədə çəkilib".
SİTAT.İNFO "Report"a istinadən bildirir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksiy Aretoviç bildirib.
"Ukrayna Silahlı Qüvvələri yaxınlaşıb, deyirlər artıq hardasa (Xarkov vilayətində Rusiya Federasiyası ilə sərhədə - red.) gəlib çatıblar. Anlamaq lazımdır ki, məlumatlar gec alınır.
Onlar məğlub olan qoşunların bir hissəsini Rusiya ərazisinə apardılar, bir qismini Luqansk istiqamətinə keçirdilər, bir qismini isə "LXR" və "DXR"dən səfərbər olunanlarla əvəz etdilər. Amma sərhəd artıq təhlükəsiz zona deyil. Münaqişə bununla bitməyəcək", - Arestoviç deyib.
Onun sözlərinə görə, Rusiya qoşunları sərhəddən atəş açır.
"Bunun simvolik mənası var, amma hərbi mənası yoxdur, çünki atışma ola bilər, ərazilərə girmək cəhdləri ola bilər. Amma onlar həqiqətən Xarkovdan imtina etdilər", - o əlavə edib.