Şimali Koreyada koronavirusa ilk yoluxma halı qeydə alınıb.
SİTAT.İNFO xəbər verir ki, bu barədə məlumatı ölkənin yerli mediası yayıb.
Məlumata görə, mayın 8-də Pxenyanda qızdırması olan xəstələrdən analiz götürülüb. Bu analizlərin nəticəsinə əsasən, həmin xəstələrdə koronavirusun “Omicron” ştamına yoluxma aşkar olunub.
Bunun ardınca, ölkə rəhbərliyi virusa nəzarət sisteminin tətbiq ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Şimali Koreya COVID-19 pandemiyasının başlamasından bu günə qədər ölkədə koronavirusa yoluxan şəxslərin olmadığını bəyan edirdi.