Rus əsgəri dəhşətli həqiqətin üstünü açdı - qan donduran ŞOK SÖZLƏR...

11:40 12 May 2022

Əsir düşən rus əsgəri Andrey Uşakovun sözləri ictimaiyyətlə paylaşılıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Uşakov rus əsgərlərinin döyüşməmək üçün özlərini yaraladığını, bəzilərinin isə intihar etdiyini iddia edib.

Özlərini yaralayan əsgərlər bu minvalla müalicə üçün Rusiyaya qayıtmaq istəyirlər.

20 yaşlı Uşakov cəbhə xəttində özlərini vuraraq öldürən iki əsgəri tanıdığını söyləyib və əlavə edib: 

“Getmək üçün yeganə yol budur. Bəziləri buna dözməyib, özlərini güllələyiblər”.



Xəbər xətti