Rusiya lideri Vladimir Putini gələcəkdə gənc polkovnik əvəz edə bilər.
Sitat.info Teleqraf.com-a istinadən xəbər verir ki,bunu rusiyalı hüquq müdafiəçisi Mark Feyqin deyib.
“Buna heç bir şübhə yoxdur. Rusiyanın əsas orqanı FSB-nin rəhbərliyi - Bortnikovdan tutmuş, bütün digər liderlərinə qədər hamısı belə planlar qura bilərlər. Təxmin edin: Putin sabah ölsə, nə baş verəcək? Onu dərhal vəzifədən uzaqlaşdırmayacaqlar. Və bizə belə bir polkovnik lazım olacaq - hər şey bundan ibarətdir”, - Feyqin bildirib.
O əlavə edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi işğalçı ölkənin hərbi rəhbərliyinin, o cümlədən Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərlərinin qorxaqlığını sübut edib. Söhbət Sergey Şoyqu və Valeri Gerasimovdan gedir.
Bundan əvvəl mətbuat Putinin mümkün varisinin Rusiya Təhlükəsizlik Şurasının katibi (FSB) Nikolay Patruşev ola biləcəyini yazmışdı.