Ötən gün Amerika Senatında brifinq verən ABŞ xüsusi xidmət orqanları, Rusiya lideri Putinin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşdığını açıqlayıb.
SİTAT.İNFO xəbər verir ki, ABŞ kəşfiyyatı daha bir şok açıqlama verib. Qeyd olunub ki, Putin məğlub olduğunu düşünərsə, nüvə silahına əl atacaq.
Amerika kəşfiyyat xidmətlərinin rəhbərləri çərşənbə axşamı Senatda Birləşmiş Ştatlara qarşı mümkün təhdidlərə dair məlumat sessiyasında iştirak ediblər.
Sessiyada çıxış edən ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada mümkün məğlubiyyəti öz rejimi üçün ekzistensial təhlükə kimi görə bilər və belə bir halda nüvə silahından istifadə edə bilər.
Haynes, Donbas ələ keçirilsə belə, Moskva administrasiyasının müharibəni bitirməyəcəyini və Kiyevdəki uğursuzluqdan sonra Donbasa diqqətin “müvəqqəti dəyişiklik” olduğunu qiymətləndirdi.
"Biz Putinin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşdığını və bu müharibədə Donbasdan kənara çıxan məqsədlərə çatmaq niyyətində olduğunu qiymətləndiririk".
Haynesin sözlərinə görə, Putin Krım ilə Donbas bölgəsi arasında quru körpüsü yaratmaq istəyir.
Ləman Sərvanqızı
SİTAT.İNFO