Dəhşət! Rus əsgərləri düşmən silahı ilə özləri vururlar: Əgər üstü açılsa...

15:07 12 May 2022

Ukrayna tərəfinin  iddiasına görə, rus əsgərləri döyüşməmək üçün özlərini yaralayır, bəziləri isə intihar edirlər.

SİTAT.İNFO xarici meydaya istinadən məlumat verir ki, bu barədə 20 yaşlı əsirdüşən rus əsgəri Andrey Uşakov ön cəbhədə tanıdığı iki əsgərin özlərini öldürdüyünü bildirib:
"Getmək üçün tək seçim budur. Bəzi insanlar buna dözmədilər və özlərini vurdular". 
Bundan öncə də Ukrayna Təhlükəsizlik Xidməti açıqlamışdı ki, Ukraynadakı rus əsgərləri evlərinə qayıtmaq üçün öz ayaqlarına atəş açırlar. Açıqlamaya görə,Ukrayna ordusu ilə Rusiya ordusunun istifadə etdiyi güllələr fərqlidir. Buna görə də rus əsgərləri Ukrayna ordusunun mərmilərini ələ keçirib özlərini yaralayırlar. Bir rus əsgəri anası ilə telefon danışığı zamanı rus birliklərinin Rus AK-74 silahının 5,62 mm mərmisi yerinə Ukrayna ordusunun 7,62'lik mərmisindən tapmaq istədiyini bildirib. Əsgər anasına bir çox rus əsgərinin bunu  etdiyini deyir. 

 Rus ordusu isə döyüşdən qaçan və ya özlərini döyüşə yararsız hala gətirən əsgərlərə ağır cəzalar verir. Bu səbəbdən rus əsgərlər bu yolla komandanlarını düşmənin onları yaraladığına inandırırlar.

Ləman Şərifzadə

SİTAT.İNFO



Xəbər xətti