Sanksiyaların müəllifləri özlərinə zərbə vurdular - Putin

16:00 12 May 2022

Qərbin Rusiyaya qarşı sanksiyalarının müəllifləri Avropa və ABŞ-ın iqtisadiyyatlarına və xalqlarına zərbə vururlar.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bu sanksiyalar əsasən qlobal böhrana səbəb olur. Onların müəllifləri uzaqgörən, şişirdilmiş siyasi ambisiyaları, rusofobiyanı rəhbər tutaraq daha çox öz milli maraqlarına, öz iqtisadiyyatlarına, vətəndaşlarının rifahına zərbə vurdular. Biz bunu ilk növbədə Avropada inflyasiyanın kəskin artmasında görürük”, - Putin bildirib.

/Axar.az



Xəbər xətti