ABŞ-ın Kaliforniya ştatının cənubunda lüks bir ərazidə baş verən yanğında ən azı 20 evin külə çevrildiyi bildirilir.
SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının cənubunda, kolluqda başlayan yanğın güclü külək səbəbindən sürətlə böyüyərək milyon dollarlıq evlərin olduğu zəngin yaşayış massivinə keçib.
Rəsmilər tərəfindən edilən açıqlamada, Oranj qraflığının Laquna Nigel şəhərində baş verən yanğında ən az 20 evin külə çevrildiyi bildirilib. Ötən gecə təxminən 80 hektar ərazini əhatə edən yanğınla əlaqədar təxliyə əmri verilib.
Yanğın zamanı xəsarət alan və tələfat olmayıb. Təxminən 100 ev təxliyə edilib, Orange County Yanğınsöndürmə İdarəsinin rəisi Brian Fennessi verdiyi açıqlamada yanğından zərər çəkən evlərin sayının arta biləcəyini qeyd edib.
Kaliforniyada iqlim dəyişikliyi səbəbiylə tarixi bir quraqlıq olduğunu dilə gətirən Fennessi, normalda alova davamlı olan kolların quraqlıq səbəbiylə hər zamankindən daha sürətli yandığını bildirib. Fennessi qeyd edib ki, ştatın cənubunda başqa böyük yanğın olmayıb və yanğınsöndürənlər ərazidə yanğınsöndürmə işlərini davam etdiriblər.