Paşinyan Rusiyaya gedir

16:45 12 May 2022

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmək məqsədi ilə mayın 16-da Rusiyanın paytaxtı Moskva şəhərinə gedəcək.

Sitat.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Mayın 16-da Moskvada KTMT-nin yaranmasının 30 illiyi ilə bağlı quruma üzv dövlətlərin Zirvə toplantısı keçiriləcək. Bu, liderlər səviyyəsində görüş olacaq. İşgüzar səhər yeməyində liderlər arasında təkbətək görüş keçiriləcək. KTMT-nin baş katibi Stanislav Zasla qurumun indiki sədri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşün yekunlarına dair mətbuat konfransı olacaq” Peskov bildirib.

/Axar.az



Xəbər xətti