Rusiya Prezidenti Vladimir Putin Ukraynaya müdaxiləsinin uğursuzluğa düçar olması, eləcə də son nəticədə uduzması reallığı ilə üzləşməli olacaq.
Sitat.info xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
“Putin sonda uduzduğu faktı ilə barışmalıdır. Ukraynada nə olursa olsun, biz inanırıq ki, Rusiya indi işğaldan əvvəlki dövrdən daha kiçik bir ölkədir”, - Uolles bildirib.
Nazir bildirib ki, Rusiya ordusu Ukraynanın şərqində yeni hücumda sürət qazanmaq üçün mübarizə aparır:
“Lakin onun qüvvələri tükənib. Moskva, xüsusən də bir sıra beynəlxalq sanksiyalara görə ordusunu təmin etməkdə çətinliklərlə üzləşəcək. Donbasda rus hərbçiləri köhnəlmiş taktikalara arxalanmaqda davam edir. Quru qoşunlarının razılaşdırılmamış hərəkəti ilə birlikdə ağır, çox vaxt qeyri-dəqiq bombardmanlardan istifadə edir. Onlar çoxlu səhvlərə yol verirlər. Ruslar hələ də istədikləri effekti əldə etməkdə çətinlik çəkirlər”.
/Axar.az