"Genişmiqyaslı müharibənin 78-ci günündə, tam mühasirə şəraitində, son dərəcə çətin vəziyyətə, sursat çatışmazlığına və çoxlu sayda yaralıya baxmayaraq, "Azov" alayının döyüşçüləri "Azovstal" zavodunda düşməni əvvəllər ələ keçirdikləri mövqelərdən darmadağın etməkdə davam edirlər".
Sitat.info xəbər verir ki, bu barədə Ukrayanın Rusiya ordusunun mühasirəsində olan Mariupol şəhərindəki "Azov" alayının son paylaşımında bildirilir.
Qeyd olunub ki, Mariupolun müdafiəçiləri düşmənin daim təyyarə, dəniz və artilleriya, tank və digər silahlardan istifadə etməsinə baxmayaraq, mümkün olmayanı edərək düşmən mövqelərinə hücum edir.
"Əsgərlərimizin Ukrayna uğrunda və şəxsi heyətin həyatının qorunması uğrunda mübarizəsi hər şeyə rəğmən davam edir", - deyə "Azov" bəyan edib. (redaktor.az)