Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinə o qədər köklənib ki, hətta polkovnik və briqada generalı səviyəsində operativ və taktiki qərarlar qəbul edir.
Axar.az-ın məlumatına görə, bu barədə “Quardian” nəşri Qərb hərbi dairələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Putin ordu bölmələrinin Donbasda irəliləməsinə şəxsən yardım edir:
“Putin və Gerasimov bizim adətən polkovnik və ya briqada generalından gözlədiyimiz səviyyədə taktiki qərarların qəbulunda iştirak edirlər”, - deyə hərbi mənbə bildirib.