ABŞ aclıqla mübarizəyə 11 milyard dollar ayırır

10:19 17 May 2022

ABŞ qlobal ərzaq təhlükəsizliyinə təhdidlərlə mübarizə üçün 11 milyard dollarlıq paketi təsdiq etməyə çalışır.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

“Biz qarşıdakı aylarda Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsindən əziyyət çəkən ölkələrə humanitar yardım üçün 1 milyard dollardan çox vəsait ayırmağa hazırıq. Ərzaq təhlükəsizliyi təhdidlərinə cavab vermək üçün qarşıdakı üç il ərzində 11 milyard dollardan çox sərmayə yatırmaq üçün Konqreslə işləyirik”, - o bildirib.

/Axar.az



Xəbər xətti