Rusiya ordusu Sum vilayətindəki Seredino-Budı rayonu istiqamətində dövlət sərhədini keçməyə çalışır.
Sitat.info xəbər verir ki, bu barədə Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski deyib.
Onun sözlərinə görə, bu gün səhərdən vilayətin ərazisi Rusiya tərəfdən atəşə tutulub. Esmani rayonuna 5 mərmi düşüb. Boyaro-Lejaçi istiqamətində də 70-ə yaxın partlayış qeydə alınıb.
“Şostokinsk rayonunun şimalında döyüşlər davam edir, dövlət sərhədini keçmək cəhdləri var”, - Jivitski bildirib.
/Axar.az