Yunanıstan "F-35" alır: ABŞ 200 illik müttəfiqinə onu satacaqmı? 

21:00 17 May 2022

ABŞ prezidenti Co Bayden Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin şərəfinə Ağ Evdə verdiyi ziyafətdə iki ölkə arasındakı dostluğu vurğulayıb. 

SİTAT.İNFO xəbər verir ki, Mitsotakis Baydenə hökumətinin "F-35"lərlə maraqlandığını da çatdırıb. 

"Biz F-35 təyyarə parkının alınması prosesinə başlayacağıq və ümid edirik ki, bu möhtəşəm təyyarəni yaxın 10 il ərzində Yunanıstan Hərbi Hava Qüvvələrinə daxil edəcəyik" - deyə, Mitsotakis bildirib. 

ABŞ prezidenti Co Bayden,  Ağ Evdə verdiyi ziyafətdə Yunanıstan baş naziri Kiryakos Mitsotakis və ailəsini qonaq edib. İki ölkə arasında əlaqələrin qurulmasının 201-ci ildönümünü qeyd etdiklərini deyən Bayden Yunanıstanın ABŞ-ın mühüm müttəfiqi olduğunu qeyd edib. 

O, iki ölkə arasında müdafiədən iqlim dəyişikliyinə qədər bir çox sahədə əlaqələrin davam etdirilməsinin vacibliyinə diqqət çəkib.

Bayden Mitsotakisə Ukrayna ilə bağlı atdığı addımlara görə də təşəkkür edib və yunan əsilli mühacirlərin ABŞ cəmiyyətinə verdiyi töhfələrə də toxunub.



Xəbər xətti