Ağ Evin yeni mətbuat katibi: “Mən qaradərili, lezbiyan və immiqrantam” - FOTO/VİDEO

21:50 17 May 2022

Ağ Evin yeni mətbuat katibi Karin Jan-Pyer jurnalistlərlə ilk görüşü zamanı irqini və cinsi oriyentasiyasını açıqlayıb.

SİTAT.İNFO "oxu.az"a istinadən xəbər verir ki, o, bu vəzifəyə təyinatının bir neçə nailiyyəti ehtiva etdiyini deyərək, qaradərili, lezbiyan və immiqrant olduğunu vurğulayıb.

“Məndən əvvəl maneələri dəf etmiş insanlar olmasaydı, bu gün burada olmazdım”, - deyə o əlavə edib.

Qeyd edək ki, 44 yaşlı Karin Jan-Pyer 2020-ci ilin noyabr ayından mətbuat katibi vəzifəsində çalışan Cen Psakini əvəzləyib.



Xəbər xətti