ABŞ professoru: İrəvan müsəlman şəhəri idi

08:15 18 May 2022

İrəvanda dövlət tərəfindən maliyyələşdirilən “mədəni” vandalizm şəhərin azərbaycanlılara məxsus olmasına dair bütün maddi sübutların məhv edilməsinə yönəlmiş genişmiqyaslı antiazərbaycan kampaniyasının tərkib hissəsi idi.

Sitat.info Kult.az-a istinadən xəbər verir ki, bu barədə “Kaspian nyus” İrəvana səfər etmiş müstəqil jurnalistlərə istinadən məlumat yayıb.

Məlumata görə, XX əsrin əvvəllərində İrəvan vilayətinin (müasir İrəvan və Ermənistanın şimal rayonları) ərazisində 310 məscid var idi, lakin bu gün şəhərdə onlardan yalnız birini - Göy məscidi - görə bilərsiniz. Bu məscid isə xarici qonaqlara fars abidəsi kimi təqdim edilir:

“Ermənilər İrandan dəvət olunmuş mütəxəssislərin köməyi ilə məscidi yenidən qurub, divarlarına farsca yazılar yazıb və bununla da məscidi “farsca”ya çeviriblər. Əslində Azərbaycanın İrəvan şəhərində Göy məscid 1776-cı ildə İrəvan xanı Hüseynqulu xan Qacarın sərəncamı ilə tikilib. Ermənilər XX əsrdə üç dəfə - 1918, 1955 və 1988-ci illərdə - bu məscidi yandırıb. Bu, azərbaycanlıların İrəvandan məcburi qovulması ilə eyni vaxtda baş verib. İranın tikinti şirkətləri 1995-2006-cı illərdə məscidin bərpasında Ermənistan hökumətinə yardım edib və onu İranın Ermənistandakı mədəniyyət abidələrindən biri adlandırıblar. Amma maraqlısı budur ki, İrəvandakı “fars məscidi”ndən danışan elə ermənilərin özləri qeyd edirlər ki, azərbaycanlılar bu məscid olduğu ərazilərdə hələ 1760-cı ildən namaz qılıblar. Erməni tarixçisi Ovannes Şahxatunyan isə yazırdı ki, 1441-1828-ci illərdə İrəvan bəylərbəyliyi və xanlığına 390 il hökmranlıq etmiş 49 xanın hamısı Azərbaycan türkləri olub. Çikaqo Universitetinin siyasi elm və tarix üzrə fəxri professoru Ronald Qriqor Suninin sözlərinə görə, 1918-ci ildə Osmanlı İmperiyası və Zaqafqaziya Seymi nümayəndələrinin iştirak etdiyi Batumi konfransına qədər İrəvan müsəlman şəhəri olub. İrəvan əcdadları tərəfindən qurulandan bəri etnik azərbaycanlıların məskunlaşdığı yer olub".

 

 



Xəbər xətti