“Rusiya Silahlı Qüvvələri “S-500” zenit-raket komplekslərini silahlanmaya qəbul etməyə başlayıb”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov söyləyib.
O əlavə edib ki, ordu “Peresvet” lazer qurğuları ilə təmin edilir, onlar 1 500 km-ə qədər məsafədəki orbitlərdə düşmənin kəşfiyyat sistemlərini kor etmək imkanlarına malikdir.