Lukaşenkodan ŞOK QƏRAR! Qanunu imzaladı: Belarusda bu cinayətlərə görə GÜLLƏLƏNMƏ cəzası veriləcək..

12:30 18 May 2022

Belarus prezidenti Aleksandr Lukaşenko qanunvericiliyə “terrorçuluğa cəhd”ə görə ölüm cəzasını nəzərdə tutan düzəlişləri imzalayıb.

SİTAT.İNFO xəbər verir ki, bu barədə “Azadlıq" radiosunun Belarusda fəaliyyət göstərən nümayəndəliyi məlumat yayıb. 165-3 saylı qanun dərc edildikdən 10 gün sonra mayın 29-da qüvvəyə minir.

Bu ölkə vətəndaşları, indi təkcə törətdikləri əməllərə görə deyil, həm də terror aktlarına cəhdə görə ölüm cəzasına məhkum edilə biləcək. 124 - beynəlxalq gərginliyi və ya müharibəni təhrik etmək və ya xarici dövlətdə ictimai asayişi pozmaq məqsədilə xarici dövlətin və ya beynəlxalq təşkilatın nümayəndəsinin öldürülməsi, 126 - beynəlxalq terror aktı, mütəşəkkil dəstə tərəfindən və ya nüvə qurğularından istifadə etməklə və ya radioaktiv maddələrdən, nüvə materiallarından, yüksək dərəcədə zəhərli kimyəvi və ya bioloji maddələrdən istifadə etməklə şəxsin öldürülməsi və ya dövlət xadiminin, ictimai xadimin öldürülməsi ilə birlikdə törədildikdə. 359- hakimiyyət orqanları tərəfindən qərarların qəbul edilməsinə təsir göstərmək və ya siyasi və ya digər ictimai fəaliyyətə mane olmaq, əhalini qorxutmaq, ictimai asayişi pozmaq məqsədi ilə, müvafiq fəaliyyəti ilə əlaqədar törədilmiş dövlət və ya ictimai xadimi öldürmə.

SİYASİ TƏZYİQ ÜÇÜN...

Belarusda Helsinki Komitəsi,  insan haqları müdafiəçiləri ictimai müraciətlə çıxış edərək, ölüm hökmünün tətbiqinin genişləndirilməsinin yolverilməz olduğunu və qanunvericilik dəyişikliklərinin siyasi təzyiq üçün istifadə oluna biləcəyini qeyd ediblər.

 

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti