Ukrayna daha bir rus təyyarəsi vurdu

14:58 18 May 2022

Ukrayna hərbçiləri daha bir Rusiya təyyarəsini vurublar.

Sitat.info xəbər verir ki, bu barədə Ataman Kostya Qordienko adına 57-ci əlahiddə mexanikləşdirilmiş briqadanın mətbuat xidməti məlumat yayıb.

“Mayın 18-də Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin bölməsi Rusiyanın hərbi təyayrəsini vurub”, - məlumatda qeyd olunub.

/Axar.az



Xəbər xətti