Ukrayna yenə Rusiya ərazisini vurdu

15:36 18 May 2022

Belqorod vilayətinin Soloxi kəndi Ukrayna ərazisindən atəşə tutulub, bir nəfər yaralanıb.

Axar.az RİA-ya istinadla xəbər verir ki, bu barədə qubernator Vyaçeslav Qladkov deyib.

“Qəsəbə başçısı yerindədir, rayon rəhbəri Vladimir Pertsev onun yanına getdi. Dağıntı var. Əməliyyat xidmətləri artıq işləyir”, - o bildirib.

Qeyd edək ki, mayın 11-də də Soloxi kəndi Ukrayna tərəfindən atəşə tutulmuş, nəticədə 1 nəfər ölmüş, 7 nəfər yaralanmışdı.



Xəbər xətti