"Onlar təpələri, yaşayış məntəqələrini və sərhədləri tuturlar".
Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə müsahibəsi zamanı bildirib.
"Rusiya ordusuna müdafiə üçün daha əlverişli olacaq mövqeləri ələ keçirmək tapşırılıb. Onlar bütün sahələrdə belə bir komandanlıq alıblar" - deyə, o, qeyd edib.
"Burada heç bir sirr yoxdur. Yəni, onların planı var, mühafizəsi daha əlverişli olan ərazilərə getməyə çalışırlar. Daha çox təpələrə, yaşayış məntəqələrinə və çaylar, dərələr kimi təbii sərhədlərə" - deyə Arestoviç, əlavə edib.
/32gun.az