Rus işğalçıları və qondarma “dxr” rəhbərləri Mariupoldakı “Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.
Sitat.info xəbər verir ki, bu barədə Mariupol şəhər şurasından məlumat verilib.
“Ukrayna ordusu tezliklə Mariupolu işğaldan azad edəcək. Ruslar Ukrayna üçün vacib sənaye kompleksini məhv edirlər. Onlar Ukrayna hərbçilərinin şücaəti ilə bağlı hər hansı xatırəni saxlamaq istəmirlər”, - məlumatda qeyd olunub.
Şəhər şurasından bildirilib ki, “Azovstal” unikal sənaye obyektidir. Metallurgiya kombinatı 10 min nəfəri iş yeri ilə təmin edir, milyardlarla dollarlıq dövriyyəsi var və keyfiyyətli məhsul verir.
/Axar.az