Putinin şübhəli hərəkətləri: Qan xərçəngi olduğu deyilir - FOTO/VİDEO

19:27 18 May 2022

Rusiya lideri Vladimir Putinin kameralara əks olunan hərəkətləri onun xəstə olması ilə bağlı iddialara səbəb olub. 

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, ötən gün Tacikistan prezidenti ilə görüşən Putinin şübhəli davranışının təkrarlanması onun xəstə olması ilə bağlı iddiaları yenidən gündəmə gətirib. 

Vladimir Putinin əlinin qeyri-ixtiyari hərəkətləri Rusiya liderinin xəstə olması ilə bağlı şübhələrə əsas verir. 

Rəsmi danışıqlarda daim masa arxasında oturan Putinin stoldan möhkəm yapışması əlinə hakim ola bilmədiyini gizlətmək üçün olduğu iddia edilib. Onun dünya liderləri ilə görüşlərdə bir ayağını daim qaldırıb tərpətməsi də bu iddiaları dəstəkləyir. 

Bu yaxınlarda xüsusi xidmət orqanlarının ortaya çıxardığı səs yazılarında Kremllə yaxın əlaqələri olan bir oliqarxın Qərbdəki iş ortağına Putinin qan xərçəngi olduğunu söylədiyini eşidiblər. 

Rusiya liderinin xərçəng sahəsində mütəxəssis olan həkimlərlə səfər etməsi də diqqətçəkən məqamdır. Müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Putin ayaqlarını daim hərəkət etdirib.

Mayın 9-da keçirilən qələbə günü paradında Putinin ayaqlarını yorğanla örtməsi qeyri-ixtiyari hərəkətləri gizlətmək kimi qəbul edilib.

New footage of Putin bizarrely twisting his foot adds to rumours about  Vladimir's health | Daily Mail Online

Nigar Abuzər
SİTAT.İNFO



Xəbər xətti