İspaniyanın Fərdi Məlumatların Müdafiəsi Agentliyi "Google" şirkətini 10 milyon avro məbləğində cərimələyib.
SİTAT.İNFO Trend-ə istinadən xəbər verir ki, bu barədə agentliyin açıqlamasında deyilir.
Qeyd olunur ki, ABŞ şirkəti iki ciddi qayda pozuntusuna görə cərimə olunub.
Məlumata əsasən, "Google" fərdi məlumatları heç bir hüquqi əsas olmadan üçüncü tərəflərə ötürməkdə, eləcə də vətəndaşların məlumatları silə bilməsinə əngəl yaratmaqda təqsirli bilinib.