Paşinyan etirazlardan QORXDU: KTMT-dən İrəvana qoşun yeritməyi istədi

21:49 18 May 2022

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstandan nümunə götürərək Kremldən KTMT qoşunlarının Ermənistana göndərilməsini istəyib.

Bu barədə “Baza” məlumat yayıb.

Mənbənin sözlərinə görə, KTMT-nin Moskva sammiti ərəfəsində (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hazırda Ermənistan sədrlik edir) Paşinyan KTMT-yə rəsmi sorğu göndərib.

“O, Moskvaya Təşkilat üzvlərindən təminat almaq üçün gəlib: İrəvanda vəziyyət Qazaxıstan ssenarisi üzrə inkişaf etsə, o zaman Rusiya və KTMT-nin digər üzvləri qoşun yeridəcək, iğtişaşları yatıracaq və Paşinyanın hakimiyyətdə qalmasına kömək edəcək. İddialara görə, hazırda ölkədə millətçi hərəkat güclənir və bu dövlətin konstitusiya quruluşunu təhdid edir. Buna görə də Təşkilatın Ermənistana hərbi kontingentin göndərilməsi ilə bağlı qərarı zəruridir”, - Rusiya Prezidenti Administrasiyasındakı mənbə bildirib.

Məlumata görə, Prezident Administrasiyasında Paşinyanın xahişi rədd edilib və onun özündən xahişi geri götürməsi tələb olunub, əks halda Ermənistan tərəfinə bunun rəsmi olaraq gündəmdən çıxarılacağı vəd edilib.

Başqa bir məlumata görə, Prezident Administrasiyasının cavabından sonra Ermənistanın baş naziri birbaşa Vladimir Putindən dəstək almağa çalışıb.

“Amma burada da ona rədd cavabı verilib. Paşinyanla ikitərəfli görüş tədbirin sonuna qədər təxirə salınıb ​​və Ermənistan prezidenti Putinlə görüş üçün beş saat gözləyib, lakin sonda problemini rusiyalı hərbçilərinin köməyi ilə həll etməyə razılıq verməyib” , -deyə mənbə bildirib.//oxu.az



Xəbər xətti