Rusiya ilə müharibənin payıza qədər başa çatması ehtimalı çox azdır. Ona görə də Prezident Vladimir Zelenski hərbi vəziyyətin müddətini daha 90 gün uzatmaq haqda qərar verib.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
O bildirib ki, hər dəfə hərbi vəziyyətin müddətinin 30 gün artırılması ukraynalılara yalançı ümid verir:
“Payızda müharibənin bitməyəcəyi mənə tam aydındır”.
Qeyd edək ki, Prezident Zelenski hərbi vəziyyətin daha 3 ay uzadılması ilə bağlı qərar verib. Qərarı Ali Rada təsdiqləməlidir.
/Axar.az