Moldova hakimiyyətinin respublikanı MDB-dən çıxarmaq ideyası səfehlikdir.
Sitat.info xəbər verir ki, bu sözləri Moldovanın eks-prezidenti İqor Dodon deyib.
“MDB-dən çıxış - səfehlikdir; bu, MDB ölkələri ilə iqtisadi əlaqələrin və vizasız rejimin bitməsi deməkdir. Nə üçün bunu edək? Məhsullarımızı hara ixrac edəcəyik? Enerji resurslarını haradan əldə edəcəyik?” - deyə Dodon bildirib.
Qeyd edək ki, Moldova parlamentinin spikeri İqor Qross ölkənin bundan sonra MDB-də qalmasına ehtiyac olub-olmaması ilə bağlı siyasi müzakirələrin keçirilməsi gərəkdiyini bidirib.
/Axar.az