Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova NATO-ya daxil olmaq istəyən Finlandiyaya cavabın “sürpriz” olacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Rusiyanın artıq nüvə qüvvələrini Finlandiya sərhədinə köçürməyə başladığına dair məlumatlar var.
“Nyu-York Post” nəşri yazır ki, Rusiya-Finlandiya sərhədindən 250 kilometr aralıda yerləşən Vıborq şəhərinə hərbi eşalon yola düşüb: “Bura təchizat maşınları, 7 “İskəndər” raketi və digər texnikalar daxildir. Bu, yeni hərbi hissənin formalaşdırıldığı əsasını yaradır. “İskəndər” raket kompleks taktiki nüvə silahları üçün istifadə oluna bilər”.
/KAİM.az