ABŞ Prezidenti Co Bayden Finlandiya Prezidenti Sauli Niinistö və İsveç Baş naziri Maqdalena Anderssonu qəbul edib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, görüş Finlandiya və İsveç liderlərinin Vaşinqtona səfəri çərçivəsində baş tutub.
Tərəflər Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətini, regional və qlobal təhlükəsizlik məsələlərini və Ukraynadakı müharibəni müzakirə edəcək.