ABŞ Senatı Ukraynaya ümumilikdə təxminən 40 milyard dollarlıq dəstəyi nəzərdə tutan genişmiqyaslı yardım paketini təsdiqləyib.
SİTAT.İNFO xəbər verir ki, Senatın iclasını C-SPAN telekanalı yayımlayıb.
Layihə lazımi səs çoxluğunu toplayıb.
Sənəd imzalanması üçün ABŞ Prezidenti Cozef Baydenə göndəriləcək.
“Washington Post” yazır ki, Ukrayna İsrail və Misiri qabaqlayaraq, ABŞ-dan ən çox hərbi yardım alan ölkədir.//Report