Bakıdan İrəvana gedən Litva Prezidenti aksiya ilə qarşılaşdı - VİDEO

11:52 20 May 2022

Litva Prezidenti Gitanas Nauseda Ermənistanın paytaxtı İrəvana iki günlük rəsmi səfər edib.

Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir ki, Nausedanın korteji bir neçə dəqiqə əvvəl Ermənistanın Prezident İqamətgahına doğru hərəkət edib.

Hazırda isə iqamətgahın ətrafında Baş nazir Nikol Paşinyana və cari hökumətə qarşı etiraz aksiyası keçirilir.

Nauseda iqamətgaha çatdıqda erməni həmkarı Vaaqn Xaçatryanla “Nikol-satqın” şüarları altında görüşüblər. Hazırda aksiya davam edir.

 



Xəbər xətti