Böyük Britaniyada insanlar arasında “Meymun çiçəyi” virusuna daha 11 yoluxma halı qeydə alınıb.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin səhiyyə naziri Sacid Cavid açıqlayıb.
Onun sözlərinə görə, yoluxan şəxslər xəstəliyi yüngül formada keçirir. Nazir, həmçinin qeyd edib ki, Böyük Britaniya “Meymun çiçəyi” xəstəliyinə qarşı vaksinin əlavə dozalarını alıb.
Xatırladaq ki, Böyük Britaniyada mayın 7-dən etibarən ümumilikdə 9 yoluxma halı aşkar olunmuşdu.